“Barselona”, “Bayern” və “Mançester Siti”nin sabiq baş məşqçisi Pep Qvardiola yeni oyunçuların Lionel Messi səviyyəsinə yüksələ bilib-bilməyəcəyi ilə bağlı sualı cavablandırıb.
Qvardiola bu barədə Romario ilə müsahibəsində deyib:
“Heç kim. Çoxlu yaxşı oyunçu var, amma onlardan heç birinin o səviyyəyə çatacağını, 15-20 il ərzində hər üç gündən bir elə yüksək səviyyədə oynayacağını təsəvvür edə bilmirəm və düşünmürəm ki, nə vaxtsa belə bir oyunçu görəcəyəm.
İnsanların heç vaxt qırılmayacağını dediyi rekordlar var, amma sonda onlar baş verir. Useyn Boltun da rekordları bir gün qırılacaq, amma bu səviyyəni başqasının təkrarlayacağını təsəvvür edə bilmirəm”.
Mənbə: publika.az