İngiltərə millisinin və "Arsenal"ın yarımmüdafiəçisi Deklan Rays futbolçuların qiymətinin baha olması ilə bağlı fikirlərini bölüşüb.
Publika.az xəbər verir ki, o, nümunə olaraq özünü göstərib:
“Mən 116 milyon avroya alınmış adamam. Bu, normal hiss deyil... Mən sadəcə Deklan Rays, özüm olmağın, başqalarından fərqlənməməyimin kifayət etdiyini düşünürəm”.
24 yaşlı Rays 2023-cü ilin iyulunda "Vest Hem"dən "Arsenal"a keçib. Transfer məbləği 116,6 milyon avro olub. Futbolçunun klubla müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
Mənbə: publika.az