Beysbolçu Sehei Atani tarixi rekorda imza atıb.
Yapon idmançı “Los Anceles Dodcers” ilə dəyəri 700 milyon dollar olan 10 illik müqavilə imzalayıb. Bu da peşəkar idman tarixinin ən böyük müqaviləsidir.
Uzun müddət – son 4 ildə rekord Lionel Messiyə məxsus olub. Argentinalı futbolçu “Barselona”da çıxış etdiyi müddətdə 674 milyon avro qazanıb.
Bu yaxınlarda məşhur qolfçu Con Rahm LIV Golf liqası ilə mövsümə 520 milyon avro dəyərində müqavilə imzalayıb. O, bu göstəricidə 3-cüdür.
Heybət
Mənbə: publika.az