Benzia yenidən Fransaya qayıda bilər

Benzia yenidən Fransaya qayıda bilər

Fransanın “Nitsa” klubu “Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzianı heyətinə qatmaq istəyir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə adıçəkilən ölkənin mətbuatı məlumat yayıb.

Bildirilib ki, “Nitsa” klubu artıq futbolçu üçün hərəkətə keçib.

Qeyd edək ki, Yassin Benzianın “Qarabağ”la müqavilə müddəti 2025-ci ilin yayına qədərdir.

Xatırladaq ki, Benzia əvvəllər Fransada “Lion” və “Lill” klublarının şərəfini qoruyub.

Mənbə: qafqazinfo.az