“Fənərbağça” 29 yaşlı yarımmüdafiəçi ilə yeni müqavilə imzalayacaq

“Fənərbağça” 29 yaşlı yarımmüdafiəçi ilə yeni müqavilə imzalayacaq

“Fənərbağça” klubu 29 yaşlı yarımmüdafiəçiyə ikiillik yeni müqavilə təklif edib.

Məlumata görə, “sarı-lacivərdlər”in bu mövsüm “Sivasspor”dan transfer etdiyi Mert Hakan Yandaş komanda rəsmiləri ilə görüşüb.

Təcrübəli yarımmüdafiəçi komandada qalmaq istədiyini bildirdikdən sonra Mert Hakan Yandaşa ikiillik müqavilə təklif olunub.

Qeyd edək ki, tərəflər arasında yeni müqavilə mövsümün sonunda imzalanacaq.

Mənbə: NTVspor.net

Mənbə: oxu.az