Renat Dadaşov baş məşqçisiz qaldı

Renat Dadaşov baş məşqçisiz qaldı

Türkiyənin “Hatayspor” klubu baş məşqçisiz qalıb.

Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun formasını geyindiyi Super Liqası təmsilçisinin çalışdırıcısı Volkan Dəmirəl istefa verib.

Klubu növbəti oyunlara kimin çıxaracağı hələlik açıqlanmayıb. Dəmirəl baş məşqçi kimi “Hatayspor”u 55 oyuna çıxarıb. O, bu matçların 16-da qələbə qazanıb. 16 heç-heçə və 23 məğlubiyyətlə yadda qalıb.
Qeyd edək ki, “Hatayspor” 34 turdan sonra 33 xalla turnir cədvəlinin 18-cisidir.

Rəşad Rafiqoğlu

Mənbə: bizim.media