Görün Messinin gəlişi bu kluba nələr qazandırdı

Görün Messinin gəlişi bu kluba nələr qazandırdı

“İnter Mayami”nin baş meneceri Xavyer Asensi Lionel Messinin transferinin klubun gəlirlərinə necə təsir etdiyini açıqlayıb.

Asens bu barədə EFE-yə açıqlamasında bildirib.

“Leo sizi növbəti səviyyəyə aparır. Bununla belə, tərəfdaşlara müraciətlərin səviyyəsi də artır. Biz öz mövqeyimizdən çox razıyıq, komanda və görülən işlərlə fəxr edirik. Qalan tək şey inkişaf etməkdir.

Messinin gəlişindən bəri biz 60 milyonluq büdcəsi olan bir komandadan bu il 125 və ya 130 milyona keçmişik. Müvəqqəti stadionu nəzərə alsaq, bu, böyük məbləğdir”, – Asensi bildirib.

Messi 2023-cü ilin iyulunda azad agent kimi PSJ-dən “İnter Mayami”yə keçib. Futbolçunun klubla müqaviləsi 2025-ci ilin dekabrına qədərdir. Transfermarkt argentinalını 30 milyon avro dəyərində qiymətləndirir.

Bu mövsüm Messi 10 oyun keçirib, 11 qol vurub və 6 məhsuldar ötürmə edib. 11 turdan sonra “İnter Mayami” 21 xalla birinci yerdədir.

Mənbə: publika.az