Şahruddin 4 ay sonra meydanlara qayıtdı

Şahruddin 4 ay sonra meydanlara qayıtdı

Azərbaycan kubokunun 1/8 final mərhələsində bu gün keçiriləcək “Qəbələ” – “Qarabağ” matçı üçün heyətlər açıqlanıb.

Bu matçda “Qarabağ”ın qapısını Şahruddin Məhəmmədəliyev qoruyacaq.

O, 4 ay sonra yaşıl meydanlara qayıdıb.

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev Türkiyənin “Adana Demirspor” klubundan ayrıldıqdan sonra “Qarabağ”a qayıtmışdı. O, aldığı zədə üzündən uzun müddət yaşıl meydanlardan uzaq idi.

Mənbə: qafqazinfo.az