Klub prezidenti stadionun monitorunu qopardı - Video

Klub prezidenti stadionun monitorunu qopardı -

“Adana Demirspor”un prezidenti Murat Sancak ötən gün “Qalatasaray”la keçirilən oyunda stadionun oturacaqlarındakı monitoru yerindən qoparıb.

Buna səbəb matçın baş hakimi Oğuzhan Çakırın onların qapısına 12-ci dəqiqədə penalti təyin etməsidir.

M.Sancak referinin qərarına etiraz olaraq monitoru yerindən qoparıb. Yanındakılar isə onu sakitləşdirməyə çalışıb.

Qeyd edək ki, “Qalatasaray” – “Adana Demirspor” matçı 30-cu dəqiqədə yarımçıq dayandırılıb. Klubun prezidenti Murat Sancak hakim qərarlarına etiraz olaraq komandasından meydanı tərk etmələrini tələb edib.

“Adana Demirspor” meydanı tərk edərkən isə hesab 1:0 “Qalatasaray”ın xeyrinə olub.

Mənbə: qafqazinfo.az