Rusiyalı idmançı Veronika Jilina Azərbaycan yığmasını təmsil edəcək

Rusiyalı idmançı Veronika Jilina Azərbaycan yığmasını təmsil edəcək

Rusiya fiqurlu konkisürən Veronika Jilina növbəti mövsümdən Azərbaycan yığmasının şərəfini qoruyacaq.

TASS-a istinadən xəbər verilir ki, 17 yaşlı Jilina məşhur idmançı Yevgeni Plyuşenkonun tələbəsidir.

Keçən mövsüm Jilina zədə səbəbi ilə yarışlarda iştirak edə bilməyib. O, 2023-cü il Rusiya çempionatının gümüş mükafatçısı və 2023-cü il gənclər arasında Qran-pri finalının qalibidir.

Mənbə: oxu.az