“Zirə” “Kəpəz”i məğlub etdi

“Zirə” “Kəpəz”i məğlub etdi

Azərbaycan Premyer Liqasında 32-ci turun oyunları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

“Zirə” səfərdə “Kəpəz”lə qarşılaşıb. Oyun qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Rəşad Sadıqovun komandasından qolu 64-cü dəqiqədə Salifu Suma vurub.

Qeyd edək ki, daha öncə keçirilmiş “Turan Tovuz” - “Şamaxı” oyununda qalib müəyyənləşməyib – 1:1. “Səbail” - “Araz-Naxçıvan” və “Sabah” - “Qarabağ” oyunları sabah, “Sumqayıt” - “Neftçi” görüşü aprelin 28-də keçiriləcək.

Mənbə: qafqazinfo.az