“Qalatasaray” klubu futbolçusu Barış Alpər Yılmazın transfer məsələsinə aydınlıq gətirib.
İstanbul nəhəngi 24 yaşlı sol vinger üçün 35 milyon avro qiymət müəyyən edib.
“Qalatasaray” oyunçunun transferində heç bir qiymət güzəştinə getməyəcək. “Vest Hem”, “Aston Villa” və “Napoli” kimi klublar hazırda türkiyəli futbolçunun keçidi ilə maraqlanır.
Barış Alper Yılmaz bu mövsüm komandası ilə çıxdığı 44 matçda 11 qol və 6 assistlə yadda qalıb.
Mənbə: yenisabah.az