Azərbaycanın iki güləşçisi Türkiyənin Antalya şəhərində gənclər (U20) arasında keçirilən "Çempionlar” turnirində medal qazanıblar.
İlk yarış günündə təmsilçilərimizdən Turan Daşdəmirov (55 kq) gümüş, İsmayıl Rzayev (97 kq) bürünc medal qazanıb.
Xalid Ələsgərovla (55 kq) Davud Məmmədov (77 kq) isə beşinci yerlə kifayətlənib.
Sabah 60, 72 və 87 kq-da yer alan güləşçilər xalça üzərinə çıxacaqlar.
Mənbə: azxeber.com