PSJ azarkeşləri Mbappeni ələ salırlar: Getdiyin üçün sənə sonsuz minnətdarıq

PSJ azarkeşləri Mbappeni ələ salırlar: Getdiyin üçün sənə sonsuz minnətdarıq

Çempionlar Liqasının finalına yüksəlməsindən sonra PSJ azarkeşləri sosial şəbəkələrdə “Real Madrid”in hücumçusu Kilian Mbappe haqqında mənfi şərhlər yazmağa başlayıblar.

Fransız futbolçu 2017-2024-cü illərdə PSJ-də çıxış edib.

Bəzi azarkeşlər hətta Mbappeni ələ də salıblar. Azarkeşlərdən bir neçəsinin şərhini təqdim edirik:

“PSJ-dən ayrıldığınız üçün təşəkkür edirəm. “Bunun üçün sənə sonsuz minnətdaram”.

“Yaxşı ki, sən getdin. Biz sənsiz daha güclüyük”.

“Klubumuzdan ayrıldığınız üçün təşəkkür edirik. Siz problem idiniz”.

Madrid klubu 1/4 final mərhələsində “Arsenal”a ümumi hesabda 1:5 hesabı ilə uduzaraq Çempionlar Liqasını tərk edib. PSJ turnirin finalında “İnter”lə qarşılaşacaq (31 may).

Mənbə: publika.az