“Kəpəz” futbol klubunun İdarə Heyətinə yeni sədr seçilib.
“Kəpəz”in mətbuat xidmətinə istinadən xəbər verilir ki, bu vəzifə Namiq Qədirova tapşırılıb.
İdarə Heyətinə üzv seçilən Fərman Əlizadə sədrin idarəçilik, Erkin İbrahimov isə idman məsələləri üzrə müşaviri təyin olunub.
İdarə Heyətinin sədri və üzvləri klubun məşq mərkəzi, həmçinin futbol akademiyası ilə tanış olublar. Əsas komandanın məşqçilər korpusu və futbolçularla görüşüblər, həmçinin məşq prosesini izləyiblər.

Mənbə: qafqazinfo.az