"Real"a bəd xəbər: 1 aylıq sıradan çıxdılar

"Real"a bəd xəbər: 1 aylıq sıradan çıxdılar

"Real" klubunun müdafiəçisi Lukas Vaskes və vingeri Vinisius Júnior "Barselona"ya qarşı La Liqanın 35-ci tur matçında (3:4) aldığı zədələr səbəbindən mövsümün sonuna qədər meydana çıxa bilməyəcəklər.

Bu barədə AS məlumat yayıb.

Vinisius sol ayağının topuq bağlarının dartılması diaqnozu ilə zədə alıb. Vaskes tibbi müayinədən keçdikdən sonra sol budunun pektinial əzələsində problem aşkar edilib. Hər iki oyunçunun bərpa olunmasına ən azı bir ay vaxt lazım olacaq.

Qeyd edək ki, 35 turdan sonra 75 xalı olan "Real"ı İspaniya çempionatında ikinci sıradadır. 82 xalı olan "Barselona" isə La Liqanın lideridir.

Heybət

Mənbə: publika.az