“Barselona”nın keçmiş hücumçusu Lionel Messi karyerasının ən yaxşı qolunun hnsı olduğunu açıqlayıb.
Hazırda “İnmter Mayami”də çıxış edən Leo Çempionlar Liqasının 2008/2009-cu il mövsümünün finalında “Mançester Yunayted”ə (2:0) vurduğu qolu fərqləndirib.
“Mən bəlkə də daha gözəl və dəyərli olan bir çox qol vurdum, həm də əhəmiyyətinə görə, lakin Çempionlar Liqasının finalında “Mançester Yunayted”lə qarşılaşmada baş zərbəsi həmişə mənim favoritim olub”, – argentinalı futbolçu deyib.
Messi 70-ci dəqiqədə Edvin van der Sarı qabaqlayaraq başla fərqlənmişdi.
Ümumilikdə Messi 2008/2009 Çempionlar Liqası mövsümündə 12 matçda iştirak edib, 9 qol vurub və 5 məhsuldar ötürmə edib.
Mənbə: publika.az