"Real" hücum xəttini yeni oyunçu ilə gücləndirib

"Real" hücum xəttini yeni oyunçu ilə gücləndirib

İspaniyanın "Real" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Xarici KİV-lərə istinadən xəbər verilir ki, "Real" argentinalı vinger üçün onun klubuna 45 milyon avro təzminat ödəyəcək.

27 yaşlı futbolçu ilə 2031-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Franko Mastantuono "River Pleyt"in yetirməsidir. Argentina millisinin üzvü bu mövsüm klubunun heyətində meydana çıxdığı 19 rəsmi matçda 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Mənbə: az.trend.az