Neftçi futbolçusu ilə yollarını ayırdı

Neftçi futbolçusu ilə yollarını ayırdı

"Neftçi" hücumçu Dembo Darbo ilə yollarını ayırıb.

Klubdan verilən məlumata görə, 26 yaşlı oyunçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, 2024-cü ilin avqustunda transfer olunmuş Darbo "Neftçi"nin heyətində 19 rəsmi oyun keçirib, 5 qol vurub.

Mənbə: yenisabah.az