“Qarabağ”ın sabiq futbolçusu Muarem Muaremin yeni iş yeri bəlli olub.
O, ölkəsi Şimali Makedoniyada çalışacaq.
36 yaşlı məşqçi yüksək liqaya vəsiqə qazanan “Başkimi”ni çalışdıracaq. Bu barədə klubun saytı məlumat yayıb.
M.Muaremlə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, M.Muarem 2012-2015 və 2016-2017-ci illərdə “Qarabağ”ın formasını geyinib. O, son olaraq "Şkupi"də köməkçi məşqçi kimi çalışıb.
Mənbə: yenisabah.az