“Sabah” bu legionerlə YOLLARINI AYIRDI RƏSMİ:

“Sabah” bu legionerlə YOLLARINI AYIRDI

2022-ci ildən “Sabah”ın formasını geyinən, mövsümün sonunda müqavilə müddəti başa çatan Con İrasabal klubdan ayrılıb.

Bu barədə Masazır təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Con “Sabah”ın heyətində 98 oyunda meydana çıxıb, 6 qola imza atıb.

O, komanda ilə birlikdə Azərbaycan Kubokunu, Premyer Liqada isə gümüş və bürünc medalları qazanıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Mənbə: bizim.media