Mahir Emrelinin yeni klubu açıqlandı

Mahir Emrelinin yeni klubu açıqlandı

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin yeni klubu bəlli olub.

27 yaşlı hücumçu Almaniya II Bundesliqasında çıxış edən “Kayzerslauten”lə anlaşıb.

Bu barədə insayder Florian Plettenberq məlumat yayıb. Onun sözlərinə görə, tərəflər arasında 3 illik sözləşmə imzalanıb.

Qeyd edək ki, Mahirin son klubu eyni liqada çıxış edən “Nürnberq” olub.

Mənbə: qafqazinfo.az