PSJ-də pay sahibi oldu

PSJ-də pay sahibi oldu

İki dəfə MBA çempionu olmuş Kevin Dürant PSJ-nin sahiblərindən birinə çevrilib.

Məşhur basketbolçu futbol klubunun səhmlərinin bir hissəsini alıb.

O, çox kiçik bir pay sahibi olub. Dürant bunu özünə məxsus media-investisiya şirkəti olan “Boardroom” vasitəsilə reallaşdırıb. Kevin kluba strateji dəstək təmin edəcək.

Xarici mətbuatın yazdığına görə, Dürant PSJ-nin basketbol komandasının yaradılması üçün də fəaliyyət göstərəcək.

Mənbə: qafqazinfo.az