Klublararası Dünya Çempionatı: "Yuventus" ikinci qələbəsini qazandı - VİDEO

Klublararası Dünya Çempionatı: "Yuventus" ikinci qələbəsini qazandı -

ABŞ-da keçirilən 2025-ci il FIFA Klublar Dünya Çempionatının qrup mərhələsi davam edir.

Turnirin ilkin mərhələsində mübarizə hərəsində dörd komanda olmaqla 8 qrupda aparılır.

G qrupunun ikinci turu çərçivəsində İtaliyanın "Yuventus" klubu mundiala məğlubiyyətlə başlayan Mərakeş təmsilçisi "Vidad"a 4:1 hesabı ilə qalib gəlib.

"Yuventus"un heyətində Kənan Yıldız (16 və 69-cu dəqiqələr) və Duşan Vlahoviç (90+4-cü dəqiqə) fərqləniblər. Oyunun 6-cı dəqiqəsində "Vidad"ın oyunçusu Abdelmunaim Butuil avtoqola imza atıb. Mərakeş klubunun yeganə qolunu isə 25-ci dəqiqədə Zembinkosi Lorx vurub.

Günün növbəti qarşılaşmasında H qrupunda bir xalı olan "Real Madrid", ilk oyununda məğlub olan Meksikanın "Paçuka" klubu ilə üz-üzə gələcək.


Bizim.Media

Mənbə: bizim.media