Xəbər verdiyimiz kimi, Azərbaycan millisinin futbolçusu Mahir Emreli karyerasını yenidən Almaniyada davam etdirəcək.
27 yaşlı hücumçu 2-ci Bundesliqa təmsilçisi “Kayzerslautern”lə anlaşıb.
Mahir yeni klubunda 10 nömrəli forma ilə çıxış edəcək.
Bununla bağlı foto sosial şəbəkələrdə yayılıb.
Qeyd edək ki, M.Emreli son olaraq 2-ci Bundesliqada “Nurnberq”in şərəfini qoruyub.
Mənbə: qafqazinfo.az