Səkkiz dəfə “All-Star” iştirakçısı, “Los Anceles Leykers”in heyətində NBA çempionu Duayt Hovard əfsanəvi Şakil O’Nilin “Supermen” ləqəbini necə oğurladığını açıqlayıb.
Hovard bu barədə “The Breakfast Club” radio şousunda danışıb.
“Soulja Boyun “Supermen” adlı mahnısı var idi və bu mənim ən çox sevdiyim mahnı idi, çünki hər kəs yaxşı rəqs etdiyimi bilir. Mən bunu hər gün məşqdə edirəm. Bir dəfə topu komanda yoldaşımın üzərindən atdım və hamı “adam, sən əsl Supermensən, biz sənə Supermen deyəcəyik” dedi”, – Hovard bildirib.
Mənbə: publika.az