16 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisi Qazaxıstanın Atırau şəhərində keçirilmiş "Airom Cup" beynəlxalq turnirində çempion olub.
Məlumatı Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti yayıb.
U-16 yarışın son oyunlarında Qazaxıstanın "Barsy Atrau" klubunu 68:32, Rusiyanın "MBU Volqoqrad" komandasını isə 58:47 hesabı ilə üstələyib.
Qeyd edək ki, milli çempionluğu bütün oyunlarını qalib tamamlayaraq qazanıb.
Mənbə: unikal.az