Stas Pokatilov daha bir il “Sabah”da

Stas Pokatilov daha bir il “Sabah”da

“Sabah” FK qapıçı Stas Pokatilovla yeni müqavilə bağlayıb.

Bu barədə klubun rəsmi feysbuk səhifəsi paylaşım edib.

Qazaxıstan millisinin üzvü ilə mövsümün sonunda başa çatan müqavilənin müddəti daha bir il uzadılıb.

Stas 2025-ci ilin yanvar ayından “Sabah”ın uğurları üçün çalışır. O, son mövsümdə komandamızın heyətində ümumilikdə 19 oyun keçirib.

Mənbə: qafqazinfo.az