MLS-də çıxış edən fransalı hücumçu Olivye Jiru karyerasını vətənində davam etdirə bilər.
Bu barədə ESPN məlumat yayıb.
"Lill" 38 yaşlı forvardla əlaqə saxlayaraq mümkün transferi müzakirə edib.
Hazırda Jiru "Los-Anceles" ilə 2025-ci ilin sonuna qədər müqaviləyə malikdir və razılaşmada bir illik uzatma opsiyası da mövcuddur. Lakin keçidin baş tutmasına əsas maneə futbolçunun yüksək əməkhaqqısı ola bilər. Jirunun illik maaşı 3,68 milyon dollar təşkil edir ki, bu da "Lill"in büdcəsini çətinlik qarşısında qoya bilər.
Olivye Jiru ABŞ klubuna 2024-cü ilin yayında, "Milan"dan azad agent kimi keçib. Lakin MLS-də istədiyi oyunu göstərə bilməyib. 37 oyunda cəmi 5 qol və 3 assistlə yadda qalıb. Bununla belə, o, 57 qolla DÇ-2018-in qalibi olduğ Fransa millisinin tarixində ən çox qol vuran futbolçudur.
Heybət
Mənbə: publika.az