“Borussiya” da 1/4 finalda

“Borussiya” da 1/4 finalda

Klublararası dünya çempionatında 1/8 final mərhələsinin son oyunu keçirilib.

Almaniyanın “Borussiya Dortmund” və Meksikanın “Monterrey” komandaları üz-üzə gəlib.

Görüş Dortmund təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Bununla da “Borussiya” 1/4 finalda “Real Madrid”ə rəqib olub.

Mənbə: qafqazinfo.az