Ağır çəkidə keçmiş mütləq dünya çempionu, məğlubiyyətsiz ukraynalı boksçu Aleksandr Usik özünün zəif tərəfi haqda danışıb.
Usik DAZN kanalında “Mənim zəif tərəfim insanları sevməyimdir. Rəqiblərimi sevirəm” deyib.
2024-cü ildə dekabrın 21-dən 22-nə keçən gecə Səudiyyə Ərəbistanında baş tutan son döyüşündə Usik britaniyalı Tayson Fyuri ilə qarşılaşıb və yekdil qərarla onu məğlub edib. Bu, Fyurinin ukraynalıdan ikinci məğlubiyyəti idi. Onların ilk həmin ilin döyüşü may ayında baş tutub. Ümumilikdə Aleksandrın hesabında 23 qələbə var.
Mənbə: publika.az