Fransanın “Lion” klubu Liqa 1-də qalacaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumata görə, klubun yeni rəhbərliyinin apellyasiya şikayəti təmin olunub və komandanın Liqa 1-də qalması təsdiqlənib.
Qeyd edək ki, bundan əvvəl “Lion”un 505,1 milyon avro məbləğində borcu olduğu bildirilib. Klub maliyyə hesabatlarını pozmaqda ittiham olunurdu.
Xatırladaq ki, “Lion” ötən mövsümü 6-cı pillədə başa vuraraq Avropa Liqasına vəsiqə qazanıb.
Mənbə: qafqazinfo.az