Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəldi

Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəldi

Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Serbiyanın paytaxtı Belqradda keçirilən lisenziya xarakterli dünya çempionatında finala yüksəlib.

Bizim.Media xəbər verir ki, 92 kq çəki dərəcəsində çıxış edən idmançı bütün rəqiblərini məğlub edərək, həlledici görüşə vəsiqə qazanıb.

O, sentyabrın 18-də finalda qazaxıstanlı Rizabek Aytmuxanla qarşılaşacaq.

Mənbə: bizim.media