Güləşçimiz dünya çempionatının finalına yüksəldi

Güləşçimiz dünya çempionatının finalına yüksəldi

Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir.

“Qafqazinfo” xəbər verir ki, ikinci yarış günündə 57, 74, 79 və 92 kq-da yer alan sərbəst güləşçilər mübarizəyə qoşulub.

Əliabbas Rzazadə (57 kq) amerikalı Zeyn Riçardsa 3:2 hesabıyla qalib gəlsə də, iranlı Milad Vəlizadəyə məğlub olub - 4:8.

Turan Bayramov (74 kq) Bəhreyn Bəhreyn təmsilçisi Maqomedrasul Asluyev (10:0) və qırğızıstanlı Arsalan Budajapovu (tuş) tam üstünlüklə mübarizədən kənarlaşdırıb. Gəncə güləş məktəbinin yetirməsi 1/4 finalda türkiyəli Soner Demirtaşla gərgin keçən qarşılaşmadan minimalhesablı (5:4) üstünlüklə ayrılaraq yarımfinala yüksəlib. Finalın bir addımlığında rusiyalı olimpiya və 2 qat dünya çempionu Zaurbek Sidakovla bacarmayan (1:5) Bayramov sabah bürünc medal uğrunda güləşəcək.

Orxan Abasov (79 kq) debütdə iranlı İman Mahdavini məyus edib - 6:3. Abasov daha sonra ermənistanlı Arman Avaqyana "tuş"la qalib gələrək 1/4 finala yüksəlib. Orxan amerikalı Çandler Marstellerə də gücünü göstərərək 9:3 hesablı qələbəylə adını yarımfinala yazdırıb. Ancaq debütant rusiyalı Axmed Usmanova 0:3 hesabıyla məğlub olub və ümidini bürünc medala bağlayıb.

Mübarizəyə 1/8 finaldan qoşulan Osman Nurmaqomedov (92 kq) ukraynalı Denis Sahaliuk (10:0) üzərində inamlı qələbənin ardınca amerikalı Zahid Valensiyadan güclü olub - 5:1. Təmsilçimiz yarımfinalda yaponiyalı Araş Yoşidaya da heç bir şans tanımayıb - 10:0. Nurmaqomedov həlledici görüşdə qazaxıstanlı Rizabek Aitmuxanla qarşılaşacaq.

Mənbə: qafqazinfo.az