Yaponiyada dişlərin çıxması üçün dünyada ilk dərman yaradılır
Fəaliyyəti Kioto Universiteti tərəfindən maliyyələşdirilən Yaponiya startapı “Toregem Biopharma”nın əməkdaşları təxminən 2030-cu ilə qədər dişlərin böyüməsi üçün dünyada ilk dərman yaratmaq niyyətindədirlər.
Hazırlanan dərman ağız boşluğunda yerləşən diş toxumasının formalaşmasına təsir etməlidir. Bu toxumalar əsl dişlərə çevrilə bilər, lakin çox vaxt onların inkişafı dayanır və zamanla yox olur.
Gözlənilir ki, dərman onların inkişaf prosesini dayandıran zülalın təsirini azaldacaq, nəticədə əmələ gələn dişlər çıxmamış və ya itirilmiş dişləri əvəz edə biləcək.
Dərmanın təhlükəsizliyini və effektivliyini təsdiqləmək üçün 2024-cü ilin yayında onun insanlar üzərində ilk klinik sınaqlarına başlanması planlaşdırılır.
Oxu.az
Mənbə: pravda.az