İran üçüncü hərbi peykini kosmosa GÖNDƏRDİ - VİDEO

İran üçüncü hərbi peykini kosmosa GÖNDƏRDİ -

İran “Nour-3” adlı ölkənin üçüncü hərbi peykini kosmosa göndərdiyini açıqlayıb.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı İranın rabitə və informasiya texnologiyaları naziri İsa Zarepur məlumat verib.

İranlı nazir bildirib ki, “Nour-3” adlı peykin yerdən 450 kilometr uzaqlıqdakı orbitə yerləşdirilməsi mərhələsi uğurla başa çatıb.

İlk yerli istehsal peykini 2009-cu ilin fevralında kosmosa göndərən İran 2020-ci ilin aprelində “Nour-1” adlı ilk hərbi peykini kosmosa çıxarıb. 2022-ci ilin martında İran “Nour-2”ni 500 kilometr məsafədə orbitə yerləşdirdiyini elan edib.
 


Bizim.Media

Mənbə: bizim.media