Yaponiya hökuməti müxtəlif sahələrdə Azərbaycana dəstək ola bilər.
“Report” xəbər verir ki, bunu Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi deyib.
“Energetika, sənaye, kənd təsərrüfatı sahələri üzrə öz təcrübəmizi bölüşə bilərik”, - diplomat qeyd edib.
Naxçıvan Muxtar Respublikasına üçüncü dəfə səfər edən diplomat vurğulayıb ki, hər gəlişində böyük təəssüratlar əldə edib. O, “Tokyo Electric Power Services Co., Ltd.” şirkəti ilə Naxçıvanda “yaşıl enerji” zonası layihəsi üzrə konfransa qatılacaq.
Mənbə: report.az