Mercedes şirkətinin hazırladığı yeni proqram təminatı yanacaq ödənişini barmaq izi ilə həyata keçirməyə imkan verən proqram təminatı hazırlayıb.
Avtosfer.az xəbər verir ki, “me Fuel & Pay” sistemi bank kartı ilə sinxron işləyir. Sistem çox sadədir: sürücü yanacaqdoldurma məntəqəsinə daxil olduqda sistemi aktivləşdirir. Yanacaq doldurulduqdan sonra sistem avtomatik olaraq məbləği sürücünün hesabına yollayır. Sürücü ödəniş etmək üçün kassaya getmir, sükan arxasına əyləşir. İnterfeysə barmağını toxunurmaqla ödəniş tamamlanır. Sistem barmaq izi ilə işləyir.
Bu metod hələ ki yalnız Almaniyada işləyir.
Bir faktı da deyək ki, Avropadakı YDM-lərdə operator ştatı yoxdur. Hər kəs yanacağı özü doldurur.
Vüqar
Mənbə: avtosfer.az