İsrail Pentaqonu belə qorxuya saldı - ABŞ rəsmiləri birdəfəlik telefonla danışırlar

İsrail Pentaqonu belə qorxuya saldı - ABŞ rəsmiləri birdəfəlik telefonla danışırlar

Pentaqon İsrailin ABŞ-a qarşı casus əməliyyatlarını gücləndirə biləcəyindən getdikcə daha çox narahat olmağa başlayıb. Qurum bu istiqamətdə gələn təhdid səviyyəsini maksimuma qaldırıb.

Bu barədə "NBC News" məlumat yayıb.

Telekanalın məlumatına görə, Pentaqonda belə bir qorxu yaranıb ki, Tel-Əviv Tramp administrasiyasının İrana qarşı hərbi əməliyyatlarla bağlı müzakirələri və qərar qəbuletmə prosesləri barədə məlumatları əldə etmək üçün xüsusi tədbirlər görə bilər.

Məqalədə o da bildirilib ki, yüksək vəzifəli Amerika rəsmiləri İsrailə səyahət edərkən "Burner" telefon (Birdəfəlik telefonlar-məxfiliyi qorumaq, anonim qalmaq və ya qısamüddətli rabitə ehtiyacları üçün istifadə olunan sadə, düyməli mobil cihazlar-red.) və kompüterlərdən istifadə edirlər. Onlar həmçinin rəsmi səfərlər zamanı otellərdə hər kəslə danışarkən son dərəcə ehtiyatlı olurlar.

Müəllif: Tural

Mənbə: publika.az