Süni intellektin xəstəliklə bağlı dediklərinə inanmayın

Süni intellektin xəstəliklə bağlı dediklərinə inanmayın

Britaniya Tibb Jurnalının apardığı araşdırmalara görə, süni intellekt sağlamlıqla bağlı suallara yanlış cavab verir.

Araşdırmalar zamanı məlum olub ki, sualların nəticələri xətalı və əksik formada verilir.

Bu isə sağlamlıqla bağlı təhlükəli vəziyyət yarada bilər. Hətta süni zəka təqdim etdiyi yanlış məlumatı həqiqət kimi təsdiq etməyə çalışa bilir.

Xüsusilə də süni zəka proqramları hesab edilən “ChatGPT”, “Gemini”, “Meta Aİ” və “DeepSeek” üzrə test edilib.

Araşdırmalar nəticəsində verilən 50 tibbi sualın cavabının 60 faizinin problemli olduğu müəyyənləşib. Cavabların 20 faizi isə təhlükəli hesab edilib. Bununla yanaşı cavabların mənbə göstərmə keyfiyyəti də aşağı dərəcəli qiymətləndirilib. Bəzi qaynaqların əksik, bəzilərinin isə ümumiyyətlə doğru verilmədiyi qeydə alınıb. Süni intellekt yanlış məlumatı doğru kimi israrlı formada təqdim etdiyi üçün vətəndaşlara sağlamlıqla bağlı deyilənlərə etibar etməmələri tövsiyə edilib.

Mənbə: pravda.az