“WhatsApp”da yeni üzvlər əvvəlki mesajları görə biləcək

“WhatsApp”da yeni üzvlər əvvəlki mesajları görə biləcək
WhatsApp qrup söhbətləri üçün yeni funksiyanı istifadəyə verir.
Yeniliyə əsasən, qrupa yeni əlavə olunan istifadəçilərə son 25-100 mesajın tarixçəsi göndərilə biləcək.
Bu funksiya sayəsində yeni üzvlər qrupda əvvəllər müzakirə olunan mövzulardan xəbərdar ola biləcəklər.
Xüsusiyyət məcburi deyil və qrup administratoru yeni iştirakçı əlavə edərkən mesaj tarixçəsinin paylaşılmasını aktivləşdirə bilər.
Mesaj tarixçəsi yeni üzvlə paylaşıldıqda qrupdakı bütün iştirakçılar bununla bağlı bildiriş alacaqlar.

Mənbə: azxeber.com