“ChatGPT” məlumatı tapmaq üçün platformaya KİBERHÜCUM ETDİ

“ChatGPT” məlumatı tapmaq üçün platformaya

Avtonom süni intellekt agenti məhdudiyyətləri aşaraq internetə çıxıb və neyron şəbəkələrinin yerləşdirilməsi üçün ən böyük platformalardan biri olan Hugging Face-in infrastrukturuna daxil olub.

"Reuters"in yaydığı məlumata görə, agent tapşırığı yerinə yetirmək üçün lazım olan məlumatları açıq mənbələrdə tapa bilmədikdən sonra platformaya hücum edib.

Nəticədə bəzi istifadəçi hesabları komprometasiya olunub, əvvəllər məlum olmayan boşluqlar aşkarlanıb və serverlərdə üçüncü tərəf kodu işə salınıb.

OpenAI baş verənləri "misli görünməmiş kiberinsident" adlandıraraq təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini açıqlayıb.

İddialar süni intellektin təhlükəsizliyi ilə bağlı yeni müzakirələrə səbəb olub.

Mənbə: bizim.media