"YouTube" kontent yaradıcıları üçün reklam gəlirlərindən pay qazanmaq şərtlərini sərtləşdirir.
Yeni qaydalara əsasən, reklam və premium gəlirlərinə qoşulmaq istəyən yeni yaradıcılar son 365 gündə 4 min deyil, 8 min saat keçərli izlənmə toplamalı olacaq.
"Shorts" üçün tələb isə 10 milyondan 20 milyon baxışa yüksəldilir.
Dəyişikliklər hazırda "YouTube Partner" Proqramında olan kontent yaradıcılarına şamil edilməyəcək. "Shorts" gəlirlərinə dair yeni qaydaların isə 1 fevral 2027-ci ildən qüvvəyə minəcəyi bildirilir.
Mənbə: publika.az