İsveçin “Heart Aerospace” şirkəti tərəfindən yaradılmış eksperimental X1 elektrik mühərrikli təyyarə ilk uçuşunu həyata keçirib.
Uçuş Nyu-York ştatının Plattsburq beynəlxalq hava limanından həyata keçirilib.
Pilotun idarə etdiyi təyyarə yerdən maksimum 335 metr yüksəkliyə qalxıb və təxminən 27 dəqiqə havada qalıb.
Məlumata görə, təyyarənin bütün uçuş müddətinə sərf etdiyi elektrik enerjisinin dəyəri cəmi 5 dollar təşkil edib.
“X1-in ilk uçuşu ilə “Heart Aerospace” şirkəti elektrik mühərrikli kommersiya avialaynerlərinin uçuşunun mümkün olduğunu nümayiş etdirdi”, - şirkətin təsisçisi və baş direktoru Anders Forslund deyib.
Qeyd edək ki, X1 təyyarəsinin uzunluğu 23 metr, maksimal uçuş kütləsi isə 11340 kiloqramdır. Təyyarənin qanadlarının birgə uzunluğu 32 metdir.
Mənbə: qafqazinfo.az