Rusiya üçün kabus: Ukrayna elə bir texnologiya əldə etdi ki…

Rusiya üçün kabus: Ukrayna elə bir texnologiya əldə etdi ki…

Ukrayna ordusu döyüş meydanında peyk texnologiyalarından istifadəni əhəmiyyətli dərəcədə genişləndirib.

“The New York Times” yeni texnologiyaların Ukrayna qüvvələrinə Rusiya qoşunlarının mövqelərini və hərəkətlərini daha operativ izləməyə imkan verdiyini yazıb.

Məlumata görə, əvvəllər peyk görüntülərinin cəbhə xəttinə çatdırılması bir neçə gün çəkə bilirdi. Bu isə mövqelərini tez-tez dəyişən hədəflərə qarşı zərbələrin effektivliyini azaldırdı.

Hazırda isə bəzi görüntülərin əldə olunması cəmi 15 dəqiqə çəkir. Adətən bu proses bir neçə saat davam etsə də, əvvəlki vəziyyətlə müqayisədə bu, ciddi irəliləyiş hesab olunur.

Peyk məlumatları Ukrayna hərbçilərinə silah anbarları, logistika mərkəzləri və hərbi düşərgələr kimi obyektləri daha sürətli müəyyənləşdirməyə imkan verir.

Bu məlumatlardan uzaqmənzilli pilotsuz uçuş aparatlarının hücumlarını planlaşdırmaq və zərbələrin nəticələrini yoxlamaq üçün də istifadə olunur.

Bildirilir ki, yeni imkanlar Ukraynanın işğal olunmuş Krım ərazisinə qarşı hücumlarının effektivliyini də artırıb. Peyk görüntüləri regiondakı logistika marşrutları və mühüm obyektlərin izlənilməsində mühüm rol oynayır.

ABŞ hökuməti və özəl şirkətlərin dəstəyi nəticəsində Ukraynanın peyk məlumatlarına çıxışı son bir ildə xeyli genişlənib.

Məsələn, “Vantor” şirkəti altı yeni peyk buraxaraq orbitdəki peyklərinin sayını 10-a çatdırıb. Şirkətin məlumatına görə, bu peyklər Yer səthində gündəlik milyonlarla kvadratkilometr ərazini müşahidə edə bilir.

Peyklərin eyni ərazini gün ərzində dəfələrlə çəkməsi isə ərazidə baş verən kiçik dəyişiklikləri belə aşkar etməyə imkan verir.

Hərbi ekspertlər hesab edirlər ki, yüksək keyfiyyətli peyk görüntülərinin birbaşa döyüş meydanına sürətlə çatdırılması müharibədə kəşfiyyat və zərbə imkanlarının birləşməsində yeni mərhələ yaradıb.

Akqabay

Mənbə: publika.az