Günəşdə şiddətli partlayış ehtimalı var

Günəşdə şiddətli partlayış ehtimalı var

Sentyabrın 11-i və 12-də Günəş səthindəki partlayış aktivliyinin ümumilikdə zəif olacağı proqnozlaşdırılsa da, güclü partlayışların qeydə alınması da istisna olunmur.

Bu barədə TASS-a Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

"Günəşdəki partlayış aktivliyi sentyabrın 11 və 12-də əsasən aşağı səviyyədə olacaq. Lakin M sinfinə aid partlayışların baş verməsi mümkündür", - deyə qurumun məlumatında qeyd olunur.

Rentgen şüalanmasının gücündən asılı olaraq Günəş partlayışları beş əsas sinfə ayrılır: A, B, C, M və X. Ən zəif hesab edilən A0.0 sinfi Yer orbitində hər kvadratmetrə 10 nanovatt şüalanma gücünə bərabərdir. Hər növbəti hərfə irəlilədikcə şüalanmanın gücü on dəfə artmış olur. Bu cür partlayışlar çox vaxt Günəş plazmasının atılması ilə müşayiət olunur və həmin plazma buludları Yerə çatdıqda maqnit qasırğalarına səbəb ola bilər.

Mənbə: oxu.az