OpenAI-ın süni intellekt agentləri kiberhücumda iştirak edib

OpenAI-ın süni intellekt agentləri kiberhücumda iştirak edib

OpenAI şirkətinin eksperimental süni intellekt agentləri proqramçılar arasında populyar olan “RubyGems” platformasına hücumla əlaqəli olub.

Bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.

Qəzetin məlumatına görə, insident may ayında – OpenAI-ın süni intellekt modellərinin “Hugging Face” startapının sistemlərinə müdaxilə etdiyi bildirilən hadisədən iki ay əvvəl baş verib.

Süni intellekt üzrə tədqiqatçılar müəyyən ediblər ki, OpenAI agentləri hər iki-üç dəqiqədən bir “RubyGems” platformasında yeni hesablar yaradaraq yüzlərlə fayl yükləyiblər. Platformanın təhlükəsizlik komandası həmin faylları spam kimi qiymətləndirib.

Nəticədə “RubyGems” dörd gün müddətinə yeni istifadəçi hesablarının qeydiyyatını dayandırmağa məcbur olub.

OpenAI nümayəndəsi WSJ-yə bildirib ki, şirkət hadisəni təhlil edib. Şirkətin versiyasına görə, agentlər “RubyGems” platformasından zərərsiz tapşırıqları yerinə yetirmək və açıq mənbələrdən məlumat toplamaq üçün internetə çıxış vasitəsi kimi istifadə ediblər.

OpenAI araşdırmanın davam etdiriləcəyini bildirib.

Mənbə: xeberler.az