OpenAI şirkətinin baş direktoru Sem Altman insan nəzarətindən kənar süni intellektin meydana çıxa biləcəyini istisna etməyib, lakin bununla məşğul olmağın yolverilməz olduğunu vurğulayıb.
Bu barədə xarici KİV yazıb.
Altmanın sözlərinə görə, ABŞ-ın aparıcı süni intellekt şirkətlərinin rəhbərləri texnologiyanın inkişaf templərinin tənzimlənməsi ilə bağlı qarşılıqlı razılığa gələ bilərlər və belə müzakirələr artıq qapalı şəkildə aparılır.
Qeyd edək ki, bundan əvvəl Anthropic şirkətinin rəhbəri Dario Amodeinin ən güclü modellərin hazırlanmasının koordinasiyalı şəkildə ləngidilməsi təklifi Sem Altman və amerikalı sahibkar İlon Mask tərəfindən də dəstəklənmişdi.
Mənbə: bizim.media