40 min robotdan istifadə edəcəklər

40 min robotdan istifadə edəcəklər

Yaponiyanın ən böyük avtomobil istehsalı korporasiyası olan “Toyota Motor”un zavodlarında təxminən 40 min humanoid-robotun “əməyindən” istifadə olunacaq.

“Nikkei” nəşrinə istinadən xəbər verilir ki, bu robotlar insanlarla birlikdə müxtəlif əməliyyatları icra edəcəklər.

Bildirilir ki, bu qurğular 2028-ci ildən etibarən konsernin müəssisələrinin yenilənməsi və yenidən qurulması çərçivəsində istehsal proseslərinə daxil ediləcək. Zavodların modernləşdirilməsinə ildə 1 trilyon yen (təxminən 10,8 milyard AZN) ayrılacaq.

Qeyd edək ki, “Toyota Motor”un dünya üzrə 60 zavodu fəaliyyət göstərir. Bu zavodlarda 18 min yüksəkixtisaslı kadr çalışır. Robotların tətbiqi bu personaldan istifadənin səmərəliliyini artırmağa yönəlib. Gələcəkdə isə “Toyota Motor” hətta robotları yeni işə götürülmüş personal üçün təlimatçı kimi istifadə etməyi planlaşdırır.

Mənbə: qafqazinfo.az