Süni intellekt 217 il sonra Napoleonun mesajını deşifrə etdi

Süni intellekt 217 il sonra Napoleonun mesajını deşifrə etdi

“GPT-6 Astra” neyron şəbəkəsi Fransa imperatoru Napoleon Bonapartın məzmunu təqribən 217 il naməlum qalan məktubunun deşifrə edilməsinə kömək edib.

Bu barədə “The Telegraph” qəzeti məlumat yayıb.

Məktub 1809 ildə Napoleonun ögey oğlu Ejen vasitəsilə general Oгüst de Marmona göndərilib. Onda Fransanın Habsburq monarxiyası ilə hərbi qarşıdurması ərəfəsində Fransa və Avstriya qoşunlarının yerdəyişməsi və sayı haqqında məlumatlar yer alıbmış.

Deşifrə ilə “SentinelOne” şirkətinin süni intellekt üzrə mühəndisi Karter Çerç məşğul olub. Onun sözlərinə görə, təxminən 1300 simvolu emal etmək və onları kriptoqraflara məlum olan şifr elementləri ilə uzlaşdırmaq üçün neyron şəbəkəsinə təqribən altı saat lazım olub.

Təhlil üçün sistemin müxtəlif söz variantlarını gözdən keçirdiyi və əldə edilən nəticələri Marmonun qorunub saxlanılmış digər mətnləri ilə müqayisə etdiyi “tavlamanın imitasiyası” üsulundan istifadə olunub.

Deşifrə edilmiş mətnə əsasən, generala yürüşə hazırlaşmaq və “bir neçə dəstə və ya səfillər yığını” qarşısında qorğuya qapılmamaq tapşırılıb. Məktubda həmçinin Avstriyanın “dərhal hər tərəfdən hücuma məruz qalacağı”na dair göstəriş də var.

Mənbə: publika.az